Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünə vəsiqə qazanmaq üçün "Real"la "Mançester Siti" üz-üzə gələcək. "Santyaqo Bernabeu Stadionu"nda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Bu komandalar arasında İngiltərədə keçirilən ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
"Real" - "Mançester Siti" matçının qalibi finalda "Liverpul"la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
4 may
23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4