"Ançelotti sonda özü qərar verir, amma bizim fikirlərimizi də öyrənir"

"Real" Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra Madrid təmsilçisinin yarımmüdafiəçisi Toni Kross açıqlama verib. Almaniyalı futbolçu baş məşqçi Karlo Ançeottinin qərarlar qəbul edərkən, onlarla müzakirə apardığını deyib:

 

"Karlo Ançelottinin bəzi tərəddüdləri varsa, "bunu mütləq edəcəyəm" demir. Bu, həqiqətən də onu çox yaxşı izah edir və həmişə niyə yaxşı işlədiyini göstərir. Möhtəşəmdir. Sonda özü qərar verir, amma bizim fikirlərimizi də öyrənir".

Tarix: 5 May [16:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio