Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Real"ın qapıçısı Tibo Kurtua layiq görülüb. Məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Belçikalı qolkiper azarkeşlər arasında keçirilən səsvermədə "Vilyarreal"dan Françis Koklen, "Liverpul"dan Luis Dias və "Mançester Siti"dən Bernardo Silvanı qabaqlayıb.
Kurtua "Real"ın "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edib finala yüksəldiyi görüşdə 90 dəqiqə meydanda olub və 8 qurtarışla yadda qalıb.
saytlarin hazirlanmasi