Klopp UEFA-nı tənqid etdi: "35 min azarkeşin bileti haradadı"

13:18 - 7 May 2022

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la qarşılaşacaqları oyun haqda danışıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən 54 yaşlı mütəxəssis UEFA-nı tənqid edib. Almaniyalı məşqçi final matçı üçün komandaların azarkeşlərinə ayrılan biletlərin az olduğunu bildirib:

 

"Bizə və "Real"a 20 min bilet ayrılıb. Amma stadionun tutumu 75 min nəfərdir. Bəs 35 min azarkeşin bileti haradadır?"

 

Qeyd edək ki, "Liverpul"la "Real" arasında Çempionlar Liqasının final görüşü mayın 28-də, Fransanın paytaxtı Parisdə yerləşən "Stad de Frans"da baş tutacaq.

Xəbər xətti