İngiltərənin "Çelsi" klubunun yeni sahibləri bəlli olub.
Sportal.az xəbər verir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun səhmlərini alıb. Bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb.
Yeni sahiblər kluba 2 milyard avro investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatacağı gözlənilir.
Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçə sanksiyalar tətbiq edib. Bundan sonra rus iş adamı klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib.