İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Bernli"ni çalışdıran Mayk Cekson ötən ayın ən yaxşı baş məşqçisi seçilib. Məlumatı Premyer Liqanın mətbuat xidməti yayıb.
Qeyd edək ki. "Bernli" aprel ayında Mayk Ceksonun rəhbərliyi ilə 4 çempionat oyununda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
saytlarin hazirlanmasi