Tomas Tuxel: "Klopp möhtəşəm və çox əyləncəli adamdı"

"Çelsi" İngiltərə Federasiya Kubokunun finalında "Liverpul"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan əvvəl London təmsilçisinin baş məşqçisi Tomas Tuxel açıqlama verib. Almaniyalı mütəxəssis rəqib həmkarı Yurgen Kloppa haqda danışıb:

 

"Klopp favorit deyilmiş kimi danışmağın ustasıdır. "Vilyarreal" və "Benfika" ilə matçlarda favorit olmadıqlarını bildirib, yaşananların möcüzə olduğunu deyə bilər. Möhtəşəm və çox əyləncəli adamdır. Yüz faiz dünyanın ən yaxşı baş məşqçilərindən biridir".

 

Qeyd edək ki, "Çelsi" - "Liverpul" qarşılaşması bu gecə Bakı vaxtilə saat 19:45-də baş tutacaq.

Tarix: 14 May [13:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio