Mourinyo İngiltərə klubunu çalışdıra bilər

19:18 - 17 May 2022

Joze Mourinyo "Nyukasl"ı çalışdıra bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Premyer Liqa klubunun ərəb sahibləri portuqaliyalı mütəxəssisi razı salmağa çalışır. Bu baş verəcəyi təqdirdə "sağsağanlar"ın hazırkı baş məşqçisi Eddi Hau istefaya göndəriləcək.

Mourinyo hazırda İtaliyanın "Roma" klubunu çalışdırır. Onun paytaxt təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

Xəbər xətti