“Neftçi” Premyer Liqanın sonuncu - XXVIII turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığına start verib.
Sportal.az xəbər verir ki,“Zirə” ilə matçın ertəsi bərpa məşqi edən komanda birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
“Qarabağ” – “Neftçi” qarşılaşması mayın 21-i saat 19:30-da “Azərsun Arena”da keçiriləcək.