"Neftçi"nin kapitanı "Qarabağ"a qarşı oynamayacaq

11:57 - 19 May 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu görüşə ciddi itki ilə çıxacaq. Paytaxt təmsilçisinin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı oynamayacaq.

 

Sarı vərəqə limitini dolduran 30 yaşlı yarımmüdafiəçi mövsümün son matçında meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 21 may tarixində, saat 19:30-da "Azersun Arena"da baş tutacaq.

Xəbər xətti