Premyer Liqada mövsümün ən yaxşısı açıqlandı

13:40 - 21 May 2022

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümün ən yaxşı gənc oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mövsümün ən yaxşısı adına "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden layiq görülüb. Məlumatı Premyer Liqanın mətbuat xidməti yayıb.

 

21 yaşlı futbolçu səsvermədə Trent Aleksander-Arnold ("Liverpul"), Konor Qallaher ("Kristal Pelas"), Tirik Mitçell ("Kristan Pelas"), Meyson Mount ("Çelsi"), Aaron Ramsdale ("Arsenal"), Deklan Rays ("Vest Hem") və Bukayo Sakanı ("Arsenal") qabaqlayıb.

 

Fil Foden cari mövsümdə Premyer Liqada meydana çıxdığı 27 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti