İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu məlum olub.
Sportal.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu, "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruynedir.
31 yaşlı belçikalı oyunçu cari mövsüm Premyer Liqada 29 oyunda 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.