"Mançester Siti"ni çempion edən qələbə - VİDEO

21:07 - 22 May 2022

İngiltərə Premyer Liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Aston Villa"nı qəbul edib. Qarşılaşma "şəhərlilər"in 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 93-ə yüksəldən "Mançester Siti" 8-ci dəfə ölkə çempionu olub. "Aston Villa" isə 45 xalla mövsümü 14-cü yerdə başa vurub.

 

"Mançester Siti" - "Aston Villa" 3:2

Qollar: Kaş, 37, Koutinyo, 69 - İlkay, 76, 81, Rodri, 78

 

Xəbər xətti