İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi gənc futbolçu Deyn Skarlettlə yeni müqavilə imzalayıb. 18 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulur.
Deyn Skarlett "Tottenhem"in yetirməsidir. Gənc forvard başa çatan mövsümdə paytaxt klubunun əsas komandasında 7 matçda meydana çıxıb. O, İngiltərənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.