"Neftçi"nin baş məşqçisi bu tarixdə məlum olacaq

16:07 - 3 İyun 2022

“Neftçi”nin Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.

Sportal.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.

Müşahidə Şurasının iclasının başlanma saatı haqqında məlumat verilməyib.

Xəbər xətti