De Xea ən yaxşı seçildi

17:54 - 3 İyun 2022

İngiltərənin "Mançester Yunayted" klubunda 2021/2022 mövsümünün ən yaxşı oyunçusu məlum olub.


Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, qapıçı David De Xeadır. İspaniyalı "əlcək sahibi" geridə qalan mövsümdə "qırmızı şeytanlar"ın ən yaxşısı seçilib.


David De Xea son mövsümdə "Mançester Yunayted"in heyətində 46 matçda meydana çıxıb. Təcrübəli qolkiper bu oyunlarda qapısında 66 top görüb. O, 10 görüşdə çərçivəni toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti