"Mançester Siti"nin futbolçusu milliyə kömək edə bilməyəcək

13:20 - 4 İyun 2022

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.


Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Fil Foden koronavirusa yoluxub. "Mançester Siti"nin futbolçusu millinin düşərgəsindən kənarlaşdırılıb.


Fil Foden İngiltərənin Millətlər Liqasında səfərdə Macarıstanla keçirəcəyi matçı buraxacaq. Qarşılaşma bu gün Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Xəbər xətti