"Neftçi"nin baş məşqçisi postuna namizəd olan Viktor Qonçarenko Səudiyyə Ərəbistanında işləyə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Championat" nəşri məlumat yayıb. Belaruslu mütəxəssisin bu ölkənin adı açıqlanmayan klubu ilə yaxın günlərdə müqavilə imzalayacağı bildirilib.
"Neftçi"nin baş məşqçisi postuna digər namizəd isə "Şerif"dən ayrılan ukraynalı məşqçi Yuri Vernidubdur.