Bir müddət əvvəl "Neftçi"nin danışıq apardığı türkiyəli məşqçi Çağdaş Atanın yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Türkiyə Super Liqasında çalışacaq. O, "Kayserispor"la razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında münasibətlər rəsmiləşdiriləcək.
Çağdaş Atan məşqçilik karyerası ərzində “Qaziantepspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş” kimi komandalarda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, 2020-2021-ci illər aralığında “Alanyaspor”da baş məşqçi kimi çalışıb.
saytlarin hazirlanmasi