Salah "Liverpul"dan gedəcək

11:55 - 19 İyun 2022

"Liverpul" Məhəmməd Salahla yeni müqavilə ilə bağlı razılıq əldə edə bilmir.

 

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

Mersisayd təmsilçisi misirli hücumçunu müqaviləsi başa çatdıqdan sonra buraxmaq qərarına gəlib. Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent statusunda olacaq.

 

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Misir yığmasının üzvü başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti