Cüdoçumuz erməniyə qalib gəlib finala yüksəldi

16:59 - 23 İyun 2022

Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

 

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

Xəbər xətti