Poqba "Mançester Yunayted"in təklifini rədd etdi

16:15 - 24 İyun 2022

Bir həftə sonra "Mançester Yunayted"lə  müqaviləsi başa çatan Pol Poqba komandanı tərk edəcək.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın yeni müqavilə təklifini qəbul etməyib. Fransa millisinin üzvü ona təklif edilən həftəlik 300 min funt-sterlinqin az olduğunu bildirib və rədd edib.

 

Pol Poqbanın karyerasını "Yuventus"da davam etdirəcəyi gözlənilir. İtaliya mətbuatının yazdığına görə, tərəflər 4 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Xəbər xətti