"Mançester Yunayted"in həbsdə olan futbolçusu Meyson Qrinvud azadlığa buraxılıb.
Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi girov müqabilində həbsdən buraxılıb. Məhkəmə prosesi bitənə kimi futbolçu azadlıqda olacaq.
Qeyd edək ki, Meyson Qrinvud sevgilisinə qarşı zorakılıq etdiyinə görə 30 yanvar tarixində həbs olunmuşdu.