"Liverpul" Salahla yeni müqavilə imzaladı - RƏSMİ

19:55 - 1 İyul 2022

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi Məhəmməd Salahın sözləşməsinin müddətini uzadıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Misirli ulduz 2025-ci ilədək Premyer Liqa klubunun uğurları üçün çalışacaq. O, həftəlik 350 min funt-sterlinq qazanacaq.

 

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub. 30 yaşlı hücumçu bu müddət ərzində "qırmızılar"ın heyətində meydana çıxdığı 254 matçda 156 qol və 63 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti