İngiltərənin "Vulverhempton" klubunda yeni müqavilə qeyda alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Joao Moutinyonun sözləşməsinin müddətini 1 il uzadıb. Yeni müqaviləyə əsasən portuqaliyalı yarımmüdafiəçi 2022/2023 mövsümünün sonuna kimi komandada qalacaq.
Qeyd edək ki, Joao Moutinyo "Vulverhempton"a 2018-ci ilin yayında "Monako"dan transfer olunub. Portuqaliya millisinin üzvü son mövsümdə meydana çıxdığı 39 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi