Çempionlar Liqası I təsnifat mərhələsinin bir cavab oyunu təxirə salınıb.
Sportal.az xəbər verir ki, bu gün keçirilməli olan "Klaksvikar" (Farer adaları) – "Bodo Qlimt" (Norveç) görüşünün vaxtı dəyişdirilib. Buna səbəb qonaq komandanın hava şəraiti ilə əlaqədar Farer adalarına səyahət etməkdə çətinlik çəkməsidir.
UEFA Norveç klubunun müraciətini qəbul edib və qarşılaşmanın sabah saat 21:00-da keçirilməsinə qərar verib.
Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk oyun "Bodo Qlimt"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi