Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri

11:26 - 28 İyul 2022

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, dünən baş tutam matçlardan sonra III təsnifat mərhələsində üz-üzə gələcək bütün komandalar məlum olub.

 

Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" pley-off-a vəsiqə uğrunda Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.

 

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar yolu

Makkabi (Hayfa, İsrail) – Apollon (Limassol, Kipr)
Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan)
Ludoqorets (Bolqarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
Şerif (Moldova) – Viktoriya (Plzen, Çexiya)
Bodo Qlimt (Norveç) – Jalgiris (Litva)
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)

Liqa yolu

Monako (Fransa) – PSV (Niderland)
Dinamo (Kiyev, Ukrayna) – Şturm Qrats (Avstriya)
Yunion (Belçika) – Reyncers (Şotlandiya)
Benfika (Portuqaliya) – Midtüllan (Danimarka)

Xəbər xətti