UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən etibarən VAR sisteminin tətbiqinə başlanılıb.
Sportal.az xəbər verir ki, bu mərhələ çərçivəsində Polşanın Lodz şəhərindəki “Wladyslaw Krol” stadionunda keçirilmiş “Dinamo Kiyev” (Ukrayna) – “Şturm Qrats” (Avstriya) oyununda VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən ezam olunub.
Qeyd edək ki, həmin qarşılaşma Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
saytlarin hazirlanmasi