"Viktoriya"nın futbolçusu Lüdek Pernitsa Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə mətbuat konfransında açıqlama verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi matçla bağlı fikirlərini bildirib. Çexiyalı futbolçu "Qarabağ"ın müdafiəsində zəif yerlərin olduğunu deyib:
"Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Sabah da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür. Kapitanımızın yoxluğu ciddi itkidir. Amma onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var".
saytlarin hazirlanmasi