2021/2022 mövsümünün ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu komanda yoldaşı Tibo Kurtua və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyneni qabaqlayıb.
Qeyd edək ki, Kərim Benzema "Real"la birlikdə Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi olub. Fransalı forvard turnirdə meydana çıxdığı 12 matçda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi