Hakan Çalhanoğlu: "Bavariya" ilə oyuna yaxşı motivasiya olmuşuq"

18:14 - 6 Sentyabr 2022

"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Bavariya" ilə Çempionlar Liqası matçından əvvəl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi A Seriyasında "Milan"a 3:2 hesabı ilə məğlub olduqları görüşü dəyərləndirib. 28 yaşlı futbolçu öz səhvlərinə görə Milan derbisində uduzduqlarını deyib:

 

"Milan"la matçı təhlil etdik. Öz səhvlərimizə görə məğlub olduq. Dərhal toparlanmalı və özümüzə gəlməliyik. "Bavariya" ilə oyuna yaxşı motivasiya olmuşuq. Bu, bir Çempionlar Liqası matçıdır və hazır olacağıq".

 

Qeyd edək ki, "İnter" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti