Çempionlar Liqasında 2022/2023 mövsümünün qrup mərhələsinə start verilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" da bu gün ilk matçına çıxacaq. Zaqreb təmsilçisi E qrupunun ilk turunun oyununda doğma meydanda "Çelsi"ni qəbul edəcək.
Bakı vaxtilə saat 20:45-də start götürəcək qarşılaşmada komandaların meydana çıxacağı heyətlər məlumdur. Baş məşqçi Ante Çaçiç Mahirə start heyətdə yer verməyib. 25 yaşlı hücumçu matça ehtiyat oyunçular skamyasında başlayacaq.
saytlarin hazirlanmasi