Çempionlar Liqasında ən yaxşı adına namizədlər müəyyənləşdi

11:58 - 8 Sentyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu adına namizədlər məlum olub.

 

Sportal.az xəbər verir ki, Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski ("Barselona", İspaniya), Pyotr Zelinski ("Napoli", İtaliya) və Leroy Sane ("Bavariya", Almaniya) ən yaxşı adına iddia edir.

 

Həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.

Xəbər xətti