Çempionlar Liqasında bir oyunun vaxtı dəyişdirildi

17:16 - 11 Sentyabr 2022

Çempionlar Liqası qrup mərhələsinin II turunda Şotlandiya “Reyncers”i ilə İtaliyanın “Napoli” klubları arasında keçiriləcək oyunun vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın tarixi sentyabrın 13-dən 14-nə keçirilib. Buna səbəb Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunmasıdır.

 

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Xəbər xətti