"İnter" in baş məşqçisi "Qarabağ"ın oyununu izləyib

11:30 - 13 Sentyabr 2022

"İnter"in baş məşqçisi Simeone İnzagi Çempionlar Liqası qrup mərhələsinin II turunun "Viltoriya" ilə matçından əvvəl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italyan mütəxəssis Plzen təmsilçisinin ÇL-in pley-off-unda "Qarabağ"la oyununu izlədiyini deyib:

 

 

"Viktoriya" fiziki cəhətdən güclü komandadır. Rəqibin "Qarabağ" və "Barselona" ilə matçlarını izləmişəm. Onların gücünü bu qarşılaşmalarda gördük və öyrəndik. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni öz stadionlarında əldə etdilər. Bizim üçün vacib oyundur. Çempionlar Liqasının ən çətin qrupunda olduğumuzu bilirik".

 

Qeyd edək ki, "Viktoriya" - "İnter" qarşIılaşması Bakı vaxtilə saat 20:45-də baş tutacaq.

Xəbər xətti