Mahir oynamadı, "Dinamo" "Zaltsburq"a uduzdu - VİDEO

22:40 - 5 Oktyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Dinamo" səfərdə "Zaltsburq"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

 

Xallarını 5-ə yüsəldən "Zaltsburq" qrupun lideridir. 3 xalı olan "Dinamo" isə ikinci pillədə qərarlaşıb.

 

"Zaltsburq" - "Dinamo" 1:0

Qol: Noah Okafor, 71

 

Xəbər xətti