"Valensiya" aparıcı oyunçularından biri olan Uqo Gilyamonu buraxmaq istəməyib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "yarasalar" yarımmüdafiəçi ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.
22 yaşlı futbolçunun xidmətində "Barselona" və "Real" maraqlı idi.
2000-ci il təvəllüdlü "Valensiya" yetirməsi 2020-ci ildən əsas komandada çıxış edir. O, ötən ildən İspaniya millisinə də cəlb edilir.