Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı qolu məlum olub.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşı qolu PSJ-nin hücumçusu Lionel Messinin "Benfika"nın qapısından keçirdiyi top seçilib.
Argentinalı forvard qarşılaşmanın 22-ci dəqiqəsində vurduğu qolla komandasını hesabda önə keçirmişdi.
Qeyd edək ki, PSJ - "Benfika" görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.
Qolun videosu linkdə - https://t.me/sportalaz/5314
saytlarin hazirlanmasi