Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

17:27 - 13 Oktyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Tottenhem"in yarımmüdafiəçisi Son Hın Min layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

Koreyalı vinger "Tottenhem"in "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada iki qol vurub.

 

Qeyd edək ki, Son Hın Min həftənin ən yaxşısı seçilmək üçün sorğuda "Brügge"nin qapıçısı Simon Minyole, "Makkabi"dən Omar Atzili və "Liverpul"dan Roberto Firminonu qabaqlayıb.

Xəbər xətti