Antonio Konte: "VAR futbola zərər verir"

17:42 - 27 Oktyabr 2022

"Tottenhem" Çempionlar Liqası qrup mərhələsinin beşinci turunda doğma meydanda "Sportinq"lə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən London təmsilçisinin baş məşqçisi Antonio Konte VAR sistemini tənqid edib. İtaliyalı mütəxəssis Harri Keynin 90+5-ci dəqiqədə ləğv olunan qolu zamanı ofsayd xəttinin düzgün çəkilmədiyini deyib:

 

"Top Harri Keynin önündə idi və qol oldu. Çəkdikləri xətti anlaya bilmirəm. Bu qərar haqda fikir bildirmək həqiqətən də çox çətindir. VAR futbola zərər verir, həm də çox".

 

Qeyd edək ki, VAR-ın qərarı ilə qol ləğv olunduqdan sonra Antonio Konte sərt etiraz etmiş və qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Xəbər xətti