"Mançester Siti"nin futbolçusu Riko Lyuis Çempionlar Liqasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, ingiltərəli sağ cinah müdafiəçisi buna qrup mərhələsinin son turunda "Sevilya"ya qol vurmaqla nail olub.
Lyuis Çempionlar Liqası matçında start heyətdə meydana daxil olaraq qol sevinci yaşayan ən gənc oyunçu olub. O, 17 yaş 346 günündə qitənin ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.
Əvvəlki rekord "Real"ın hücumçusu Kərim Benzemaya məxsus idi. Fransalı forvard "Lion"da çıxış edərkən 17 yaş 352 günündə bu göstəriciyə imza atmışdı.
Qeyd edək ki, "Mançester Siti" - "Sevilya" qarşılaşması ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti"nin futbolçusu Benzemanın rekordunu qırdı
G
Oxşar xəbərlər
Çempionlar Liqası
"Qalatasaray"ın futbolçuları vaxt aparırdılar" - Emeri
Çempionlar Liqası
Fransalı müdafiəçi Bakıda Fliki qəzəbləndirdi - FOTO
Çempionlar Liqası
"Sabah" "Barselona"ya qarşı - YENİLƏNİR
Çempionlar Liqası
Çempionlar Liqası: "Real"dan qələbə - GÜNÜN NƏTİCƏLƏRİ
Çempionlar Liqası
"Qalatasaray" "Aston Villa"nı məğlub etdi
Çempionlar Liqası
"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" "Borussiya"ya qarşı - Çempionlar Liqası
Çempionlar Liqası
"Barselona" "Sabah" üçün Bakıda
Çempionlar Liqası
