Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

18:20 - 3 Noyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki. "Milan"ın hücumçusu Olivye Jiru həftənin oyunçusu seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

36 yaşlı fransalı forvard səsvermədə "Barselona"dan Ferran Torres, "Leyptsiq"dən Kristofer Nkunku və "Real"dan Federiko Valverdeni qabaqlayıb.

 

Qeyd edək ki, Olivye Jiru "Milan"ın "Zaltsburq"u 4:0 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti