DÇ-2022-nin qrup mərhələsinin İranla matçında (6:2) zədələnən İngiltərə millisinin hücumçusu Harri Keynin durumu bəlli olub.
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Qaret Sautqeyt 29 yaşlı forvardın durumu haqda məlumat verib. O, Keynin 2-ci turda ABŞ-a qarşı oynaya biləcəyini deyib:
"Keyn yaxşı vəziyyətdədir. Bir müddət komandadan ayrı məşq etdi. Amma bu gün üçün hər şey qaydasındadır".
Qeyd edək ki, ABŞ - İngiltərə qarşılaşması 25 noyabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi