"Qalatasaray" gənc futbolçu ilə müqavilə imzaladı

16:41 - 17 Yanvar 2023

Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi gənc futbolçu Özgür Baran Aksakanın sözləşməsinin müddətini uzadıb. 19 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.

 

Qeyd edək ki, Özgür Baran Aksaka "Qalatasaray"ın yetirməsidir. Gənc oyunçu əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti