"Qalatasaray" "Trabzonspor"u məğlub etdi - VİDEO

10:50 - 6 Fevral 2023

Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportalaz xəbər verir ki, mərkəzi matç "Qalatasaray" və "Trabzonspor" arasında baş tutub. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 54-ə yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. "Trabzonspor" isə 38 xalla 6-cı yerdədir.

 

"Qalatasaray" - "Trabzonspor" 2:1

Qollar: Dris Mertens, 18, Mauro İkardi, 53 (pen) - Maksi Qomes, 1

 

Xəbər xətti