"Qalatasaray"da Fernando Muslera şoku

11:27 - 6 Fevral 2023

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera zədələnib. Uruqvaylı qolkiper Super Liqanın 22-ci turunun "Trabzonspor"la oyununun 85-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

 

"Qalatasaray"ın rəsmi saytı 36 yaşlı "əlcək sahibi"nin durumu ilə bağlı açıqlama yayıb. Muslera ayaq sümüyündən xəsarət alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bilinmir.

 

Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" qarşılaşması "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti