15 yaşlı futbolçu zəlzələdə həlak oldu

14:22 - 10 Fevral 2023

Türkiyənin “Hatayspor” klubunun qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ nəticəsində vəfat edib.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 15 yaşlı oyunçunun cansız bədəni dağıntılar altından çıxarılıb. 

 

"Hatayspor"un idman direktoru Taner Savut və qanalı yarımmüdafiəçi Kristian Atsu ilə bağlı hazırda heç bir məlumat yoxdur.

Xəbər xətti