Dris Mertensin "Qalatasaray"dakı gələcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, belçikalı ulduz futbolçu daha bir il İstanbul təmsilçisində qalacaq. "Sarı-qırmızılar" 1+1 illik müqaviləyə qol çəkən 35 yaşlı hücumçunun sözləşməsində yer alan maddəni işə salacaq. Belə olan halda təcrübəli futbolçu 2024-cü ilin yayına kimi Türkiyə klubunda oynayacaq.
Qeyd edək ki, Dris Mertens "Qalatasaray2a mövsümün əvvəlində azad agent statusu ilə keçib. Belçika millisinin üzvü "cim bom"un heyətində meydana çıxdığı 22 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi