Türkiyədə baş verən zəlzələ nəticəsində daha bir idmançı həlak olub.
Sportal.az xəbər verir ki, Türkiyənin 3×3 basketbol yığma komandası və “Çankaya Universiteti” klubunun üzvü Nilay Aydoğanın cəsədi dağıntıların altından çıxarılıb. Bu barədə Türkiyə Basketbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Nilay Aydoğan Malatyaya nənəsini ziyarət etmək üçün gedib. Zəlzələ nəticəsində onların olduğu ev dağılıb.
saytlarin hazirlanmasi