Sabiq "Qalatasaray"lı karyerasını başa vurdu

17:33 - 13 Fevral 2023

Türkiyə millisinin keçmiş üzvü olan Emre Çolak peşəkar futbolçu karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bir neçə gün əvvəl İspaniyanın "İntersiti" klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayan 31 yaşlı vinger qərarını instaqram hesabında açıqlayıb:

 

"Karyeramı bitirdim. Üzərimdə əməyi olan hər kəsin əllərindən öpürəm. Allah sizdən razı olsun. Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacağam. Ölüm var, sevdiklərinizlə vaxt keçirin".

 

Qeyd edək ki, Emre Çolak karyerası ərzində "Qalatasaray", "Deportivo", "Fatih Karagümrük", "Hatayspor", "Başakşehir" kimi klublarda çıxış edib. O, son olaraq "Göztepe" formasını geyinib.

Xəbər xətti